
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiələrin İraqda yaşayan böyük mərcəyi-təqlid alimi Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Sistani cənabları ABŞ qüvvələrinin Həşd Şəbi xalq könüllülər qüvvələrinin mövqelərinə zərbələr endirməsini pisləyib.
Ayətullah Sistani ötən gün Həşd Şəbinin Kətaib Hizbullah batalyonunun mövqelərinə ABŞ ordusu tərəfindən endirilən zərbələri ölkənin suverenliyinə xələl gətirəcək addım kimi dəyərləndirib.
Ayətullah Sistani ölkə ərazisinin beynəlxalq və regional haqq-hesab çürütmələrinin arenasına çevrilməsinin qarşısını almaq üçün İraq hökümətini dərhal müdaxilə etməyə çağırıb.