IQNA

Ayətullah Xamenei başsağlığı verdi: Qisas ağır olacaq

11:50 - January 03, 2020
Xəbər sayı: 3486405
Ali Rəhbər Ayətullah Xamenei general Qasim Süleymaninin şəhadəti münasibətilə başsağlığı verib və İranda 3 gün matəm elan edib. 
Ali Rəhbər Ayətullah Xamenei general Qasim Süleymaninin şəhadəti münasibətilə başsağlığı verib və İranda 3 gün matəm elan edib. 
Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
 “"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Əziz İran xalqı! İslamın böyük sərkərdəsi göylərə ucaldı.  Ötən gecə şəhidlərin pak ruhu Qasim Süleymaninin pak ruhunu ağuşuna aldı. Dünyanın şər qüvvələri və şeytanları ilə uzun illər qorxmazcasına  və xalisanə mübarizəsi və uzun illər Allah yolunda şəhid olmaq arzusu sonda əziz Süleymanini bu yüksək məqama ucaltdı. 
 
Onun qanı bəşəriyyətin ən pis tayfası tərəfindən yerə töküldü.  Bu böyük şəhidliyi İmam Zaman (əc)-a və şəhidin pak ruhuna təbrik deyirəm və İran xalqına başsağılığı bildirirəm.  
 
O, İslamın və İmam Xomeyni məktəbinin tərbiyəsini görmüş ən qabaqcıl nümunə idi.  
 
O, ömrünün hamısını Allah yolunda cihad etməkdə keçirdi.   Uzun illər dayanmadan çalışmasının mükafatı şəhidlik idi. Onun gedişindən sonra Allahın yardımı ilə  onun işi və yolu davam etdiriləcək. Lakin ötən gecə onun və digər şəhidlərin qanına əlini bulayan cinayətkarları çox ağır  qisas gözləyir.  
 
Şəhid Süleymani  müqavimətin beynəlxalq simasıdır. Bütün müqavimət sevənlər onun intiqamını tələb edir. Bütün dostlar – və bütün düşmənlər – bilsinlər ki müqavimətin cihadı daha böyük əzmlə davam etdiriləcək. Qələbə bu mübarək yolun mücahidlərilədir.  
 
Bizim əziz və fədakar sərkərdəmizin olmaması acıdır lakin mübarizənin davam etdirilməsi və qələbə cinayətkarlar və qatillər üçün acı olacaq. 
 
İran xalqı sərdar şəhid Qasim Süleymaninin və onunla birlikdə şəhid olan xüsusi ilə İslamın böyük mücahidlərindən olan cənab Əbu Mehdi Əl-Mühəndisin yad və xatirəsini həmişə  əziz tutacaq. Mən ölkədə 3 gün matəm elan edirəm. Şəhidin həyat yoldaşına, övladlarına və digər qohumlarına başsağılğı deyirəm.”  
Teqlər: qasim süleymani ، iqna
captcha