IQNA

10:32 - January 04, 2020
Xəbər sayı: 3486414
Böyük İslam məktəbinin yetirməsi Qasim Süleymani bəşəriyyətin zərərli dəstələrinə aman vermədən müqavimətin nümunəsini yaşatdı, davam etdirdi və yeni zirvələrə ucaltdı.

Qurumun Mətbuat Xidmətindən “İslaminSesi”-nə daxil olan bəyanatda deyilir:

“Müsəlman dünyasını siyasi-strateji maraqlarına açıq təslim etmək iddiasından əl çəkməyən Amerika və bu şər qitənin başında duran cəlladlar dövlət səviyyəsində son terrorlarını həyata keçirtdilər. İran ordusunun “Qüds hərbi briqadası”nın yenilməz komandiri, müsəlman dünyasının, Əhli-Beyt aşiqlərinin sevimlisi, düşmən həmlələrinə məruz qalan məzlumların pənahı və xilaskarı, İslam dünyasının qəsbkarlarıyla döyüş səhnələrinin ölməz qəhrəmanı Qasim Süleymani Amerika terrorunun növbəti hədəfinə tuş gəldi və şərəfli ŞƏHADƏT zirvəsini fəth etdi.

Qasim Süleymani hərbi sərkərdə kimi İran ordusunun düşmənlərlə vuruş meydanlarının cəsarət və şücaət tarixindəki silinməz səhnələrinə imza atdı. Hərbi təcrübəsi, biliyi şəxsi cəsarəti ilə tamamlanan bu qorxu bilməyən mücahid sərkərdənin xofu qarşısında düşmən aciz qalıb həmişə. Hərbi taktikası və strategiyası qəsbkarların cəsarətini məhdudlaşdırmaq məcburiyyətində qoyub.

Böyük İslam məktəbinin yetirməsi Qasim Süleymani bəşəriyyətin zərərli dəstələrinə aman vermədən müqavimətin nümunəsini yaşatdı, davam etdirdi və yeni zirvələrə ucaltdı. Şəhadəti ilə amansız düşmən üzərində qələbənin yoluna nur çilədi. Əminik ki, onun qanı yerdə qalmayacaq, bu bəşəri cinayətin, onu həyata keçirənlərin cəzası veriləcək. İnanırıq ki, Qasim Süleymaninin qisası müsəlman torpaqlarına dəvətsiz soxulmuş qəsbkar şər qüvvələrinə daha ağır və sarsıdıcı olacaq. Bu, ABŞ-ın son terroru olacaq.
Fələstin, Suriya, Əfqanıstan, Yəmən, Liviya, İraq azadlıqsevərləri içərilərində artıq yüz minlər, milyonlarla Süleymanilər yetişmişdir. İmam Hüseynin (ə.s) şəhadət məktəbinin davamçısı rahat uyuya bilər.

Azərbaycan İslam Partiyası tərəqqipərvər bəşəriyyəti, torpaqları işğala məruz qalan xilqətləri qəsbkarlarla ölüm-dirim savaşına çağırır, İran xalqının qəhrəman oğlunun ölümü münasibətilə İmam Zaman (ə.f.ş) başda olmaqla müsəlman dünyasının rəhbəri, Rəhbər-Müəzzəm Seyyid Əli Xamenei Cənablarına, Əhli-Beyt aşiqlərinə və bütün İran xalqına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”

Azərbaycan İslam Partiyası

Ad:
E-poçt:
* Comment: