IQNA

Tehranda Şəhid Qasim Süleymani ilə vida mərasimi keçirildi

10:41 - January 06, 2020
Xəbər sayı: 3486432
Bu gün səhər saatlarında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində General-Leytenant Şəhid Qasim Süleymaninin cənazəsi ilə vida mərasimində milyonlarla insan iştirak edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün səhər saatlarında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində General-Leytenant Şəhid Qasim Süleymaninin cənazəsi ilə vida mərasimində milyonlarla insan iştirak edib.

Bağdad hava limanında Amerika PUA ilə terror etdiyi SEPAH-ın Qüds qüvvələrinin komandiri General-Leytenant Şəhid Qasim Süleymani, İraqın Həşduş-Şəəbi qüvvələrinin qərargah rəisinin müavini Əbu Mehdi Mühəndir və onların silahdaşlarının mübarək cənazələri ilə vida mərasimi Tehran universitetinin müsəllasında başlayıb.

Vida mərasimi yerli vaxtla səhər saat 8:00-da Quran tilavəyi ilə başlayıb. Sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin təsliyət mesajı qiraət edilib. Mərasim məsriyə və rövzəxanlıq ilə davam edib.

Mərasimin davamında SEPAH-ın Qüds qüvvələrinin komandiri General-Leytenant Şəhid Qasim Süleymaninin qızı xanım Zeynəb Süleymani atasının hədəfləri və ideologiyası barədə söhbət edib.

Vida mərasiminin davamında Fələstinin HƏMAS təşkilatının siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə çıxış edərək İran xalqına və İslam İnqilabının rəhbərinə başsağlığı və təsliyət deyib.

Tehranda Şəhid Qasim Süleymani ilə vida mərasimi keçirildi

İsmayıl Həniyyə bildirib ki, biz bu gün burdayıq  müqavimət yolunda  fədakarlıq etmiş bir komandir haqqında öz hisslərimizi bəyan edək. “Bİz elan edirik ABŞ-ın vəhşicəsinə törətdiyi bu cinayət onların cinayətkar ruhlu olmasının göstəricisidir. Onlar  Fələstin torpaqlarında da bu cinayətləri törədirlər.”

 O əlavə edib: Bu cinayəti bütün dünyada pislənməli və  cinayəti törədənlər cəzalandırılmalıdır. General Hacı Qasim Süleymani Qüds şəhididir. 

Daha sonra isə milyonların iştirakı ilə İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Dünya Məzlumlarının Mənəvi Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei şəhidlərin cənazəsinə namaz qılıb.

Şəhidlərin cənazələri Tehranın Azadlıq meydanına qədər müşayət olunacaq və daha sonra isə vida üçün müqəddəs Qum şəhərinə Həzrət Məsumənin (ə) hərəminə yola salınacaq.

Şəhid Süleymaninin mübarək bədəni sabah, həftənin ikinci günü, 7 Yanvar 2020-ci il, Kerman şəhərinin “Şəhidlər Gülzarı”nda dəfn ediləcək.

https://iqna.ir/fa/news/3869404/

 

captcha