İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin HƏMAS İslam Müqaviməti Hərəkatının siyasi bürosunun rəisi İsmayıl Həniyyə İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının yeni komandiri General İsmayıl Qaani ilə görüşüb.
Müqavimət güclərinin liderləri bu görüşdə gələcəkdə də regionda imperializm və sionizmə qarşı birgə mübarizə aparılması mövzusunda danışıblar.
Qeyd edək ki, Fələstinin HƏMAS İslam Müqaviməti Hərəkatının siyasi bürosunun rəisi İsmayıl Həniyyə dünən, 6 Yanvar 2020, Şəhid Qasim Süleymaninin vida mərasimində iştirak etmək üçün Tehrana gəlmişdi.
Tehranda keçirilən vida mərasimində çıxış edən İsmayıl Həniyyə Generalın terror edilməsi məhkum edərək onu “Qüds şəhidi” adlandırmışdı.