İQNA-nın verdiyi xəbərə görə, bu gün (8 Yanvar 2020) səhər saatlarında İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri Amerikanın İraqdakı “Eynul-Əsəd” hərbi bazasına ballestik raketlərlə ağır zərbələr endirib.
Əməliyyat İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymanin və silahdaşlarının Yanvar ayının 3-də Amerika tərəfindən terror edilməsinə cavab olaraq həyata keçirilib.
“Şəhid Süleymani” adlandırılan bu əməliyyat “Ya Zəhra (s)” kod adı ilə başlayıb. Onlarla yer-yer tipli ballestik raketlə ABŞ hərbi bazasına zərbə vurub.
Xarici informasiya portalları bu xəbərin Pentaqon tərəfindən təsdiqləndiyini yazılar.
ABŞ-ın İraqdakı hərbiçiləri öz məruzlərində İranın raket yağışı altında qaldıqlarını bildiriblər.
Bəzi xəbərlərdə Amerikanın İraqdakı bütün bazalarının İran raketləri ilə vurulduğu deyilir.
İraqın yerli qaynaqlarının verdiyi xəbərə görə raketlərin partlayış səsləri 50-60 km-lik məsafədən eşidilib.
İlkin məlumatlara görə Amerikanın hərbi bazalarına 60-dan çox raket atılıb. Bu hücumda 20-dən çox ABŞ hərbiçisinin öldüyü deyilir. Ən azı bir hərbi təyyarəsi məhv edilib.
Pentaqon bu hücumda dəyən zərəri hesablamaqla məşğul olduqlarını elan edib.
Amerikanın müdafiə nazirliyi İraqdakı iki hərbi bazasının (Eynul-Əsəd və İrbil) onlarla raket hücumuna məruz qaldığını xəbər verib.
Amerikanın Suriyadakı hərbi bazaları və sionist rejimi fövqəladə hazırlıq vəziyyətinə gətirilib.
“əl-Aləm” Amerika xəbər qaynaqlarına istinadən ABŞ-ın İrbildəki konsulluğunun da hücuma məruz qaldığını deyib.
Amerikanın səsi informasiya portal Bağdadın şimalında Taci Abş hərbi bazasına hücum edildiyini yazıb.
Saat: 5:36
Amerika helekopterləri Eynul-Əsəddəki leşləri daşımaqla məşğuldurlar.
İraq dövləti bu hücumda vətəndaşlarına heç bir zərər dəymədiyini elan edərək ABŞ məsullarının bu barədəki iddialarını təkzib etdi.