IQNA

Şəhid Qasim Süleymani əbədiyyət evinə yola salındı

19:15 - January 08, 2020
Xəbər sayı: 3486464
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymani bu gün (8 Yanvar 2020) doğma vətəni Kerman şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymaninin cənazəsi bu gün (8 Yanvar 2020) doğma vətəni Kerman şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

سردار برای همیشه در دیار کریمان ماند

Şəhid Qasimin Süleymaninin milyonların iştirakı ilə təşyi edilən cənazəsi bu gün səhər saatlarında öz vəsiyyətinə əsasən, şəhid silahdaşları ilə bir yerdə dəfn edilib.

Şəhid Qasim Süleymaninin cənazəsi İslam İnqilabı Rəhbəri Həzrət Ayətullah Üzma Xameneinin 14 il gecə namazı qıldığı əbası ilə kəfən edilib.

Şəhidin özünün namaz qıldığı Kərbəla türbəti və gecə namazlarında istifadə etdiyi üzüyü məzarına qoyulub.

https://kerman.iqna.ir/fa/news/3870125

captcha