IQNA

Trampın həbi səlahiyyətləri məhdudlaşdırıldı

10:46 - January 10, 2020
Xəbər sayı: 3486472
Amerikanın nümayəndələr məclisi (ABŞ Konqresi) bu gün (10 Yanvar 2020) ölkənin prezidenti Donald Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılması barədə qərar qəbul edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın nümayəndələr məclisi (ABŞ Konqresi) bu gün (10 Yanvar 2020) ölkənin prezidenti Donald Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılması barədə qərar qəbul edib.

Amerika konqresinin bu addımına səbəb Donald Trampın Yanvar ayının 3-də İran İslam Respublikasının SEPAH təşkilatının Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymaninin terror göstərişini verməsi olub.

Əksəriyyəti demokratlardan ibarət olan Amerika konqresi bu layihəni 224 müvafiq və 194 müxalif rəylə təsdiq edib.

Amerika nümayəndələr məclisinin demokratları prezident Trampı yaramaz rəftar etməkdə təqsirləndiriblər. Konqresin "Respublikaçı" üzvləri isə bu layihəyə mənfi rəy veriblər.

Konqresin "Respublikaçı" üzvləri Demokratların ölkəni təhlükə qarşısında buraxan bu addımını seçki ilinin əvvəlində "içi boş jest" adlandırıblar.

Konqresin təsdiq etdiyi bu layihə hələ qanuna çevirilməyib. Bunun üçün Amerika senasında da təsdiqlənməlidir. Amerika senasının 53 üzvü "respublikaçı" və 47 üzvü demokrtaçıdırlar.

https://iqna.ir/fa/news/3870488

Teqlər: iqna ، tramp ، konqres ، sena ، demokrat ، respublikaçı
captcha