IQNA

Ukrayna təyyarəsinin qəzaya uğraması insan səvhi ucbatından olub

10:18 - January 11, 2020
Xəbər sayı: 3486478
İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərərgahı Tehrandan Kiyevə uçan sərnişin təyyarəsinin qəzaya uğrması ilə bağlı rəsmi bəyanat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərərgahı Tehrandan Kiyevə uçan sərnişin təyyarəsinin qəzaya uğrması ilə bağlı rəsmi bəyanat verib.

Bəyanatda bildirilir ki, 2020-ci ilin Yanvar ayının 8-də Tehrandan Kiyevə uçan Ukrayn hava yollarına məxsus Boing-737 sərnişin təyyarəsi 752 saylı uçuşla havaya qalxandan bir az sonra süqut etməsi və qəzaya uğrması insan səhvi səbəbi ilə baş verib.  

İranın SEPAH qüvvələrinin ABŞ-ın İraqdakı Eynul-Əsəd hərbi bazasına hücumundan sonra baş verən təyyarə qəzası barədə Amerikanın və bir sıra düşmən "kiv"lərin qərəzli şayiələr yaydığına görə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərərgahı birbaşa bu işin araşdırmağa başlayıb.

Araşdırmanın nəticələri aşkar edib ki, təyyarənin vurularaq qəzaya uğramasına səbəb təyyarənin SEPAH qüvvələrinin hərbi hissələrindən birinə doğru düşmən üçuşu mövqeyində qərar tutması olub.

Həmin saatlarda İran ətrafında düşmən təyyarələrinin çox olması SEPAH qüvvələrinin hava hücumundan müdafiə qüvvələrinin səhvə yol vermələrinə və sərnişin təyyarəsinin hədəfə alınmasına səbəb olub.

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərərgahı İran xalqından və digər ölkələrdən olan vəfat etmiş sərnişinlərin ailələrinə dərin hüznlə başsağlığı verib və üzrxahlıq edib.

https://iqna.ir/fa/news/3870578

captcha