IQNA

İraqda İŞİD-in məxfi sığınacaqları məhv edildi

23:40 - January 12, 2020
Xəbər sayı: 3486487
"Həşduş-Şəəbi"nin (İraq Xalq Könüllüləri Briqadası) bu gün (12 Yanvar 2020) Neynəva vilayətində "Əliyyən Vəliyyullah" adı ilə keçirdiyi əməliyyatda İŞİD terrorçularının məxfi sığınacaqları məhv edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Həşduş-Şəəbi"nin (İraq Xalq Könüllüləri Briqadası) bu gün (12 Yanvar 2020) Neynəva vilayətində "Əliyyən Vəliyyullah" adı ilə keçirdiyi üçüncü əməliyyatda İŞİD terrorçularının məxfi sığınacaqları məhv edildi.

Neynəva vilayətinin Mosul şəhərinin cənubunda yerləşən "Cəzirətul-Həzər" rayonunda keçirilən əməliyyatda Həşduş-Şəəbinin 44-cü və 25-ci taborları və "Partlayıcı Silahlarla Mübarizə Bölüyü" iştirak edib.

Əməliyyatda terroristlərin minaladığı sahə uğurla təmizlənib, İŞİD terrorçularının üç yeni məxfi sığınacağı, döyüş təchizatı və iki ədəd səhra motosikleti məhv edilib.

https://iqna.ir/fa/news/3871015/

captcha