IQNA

22:41 - January 16, 2020
Xəbər sayı: 3486509
Ağanın əməliyyatına səbəb isə ötən gecə sol ayağının burxularaq ciddi zədələnməsi və sümüyünün sınması olub. Həkimlər  zədələnən ayağının əməliyyat olunmasına qərar verib. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiə dünyasının İraqın Nəcəf şəhərində yaşayan böyük mərcəyi-təqlid alimi həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Sistani bu gün (Cüməaxşamı günü, 16 Yanvar 2020) birində əməliyyat olunub. 

Ağanın əməliyyatına səbəb isə ötən gecə sol ayağının burxularaq ciddi zədələnməsi və sümüyünün sınması olub. Həkimlər  zədələnən ayağının əməliyyat olunmasına qərar verib. 

Nüfuzlu din xadiminin əməliyyatının  uğurla başa çatdığı və onun vəziyyətinun qənaətbəxş olduğu bildirilir. 

Ayətullah Ümza Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının möminlərdən Ayətullah Sistaninin sağlamlığı üçün dua etməsini istəyib.

Müsəlman sosial şəbəkə istifadəçiləri Həzrət Ayətullah Sistaninin tez bir zamanda şəfa tapması üçün #الشفاء_العاجل "təcili şəfa duası" haştağı kampaniyası başladaraq möminlərdən dua etmələrini istəyiblər.

https://iqna.ir/fa/news/3872073

 

 

 

Ad:
E-poçt:
* Comment: