IQNA

10:48 - January 17, 2020
Xəbər sayı: 3486512
Avstriyada yaşayan müsəlman icmalarının rəhbərlərinin fikrincə bu ölkənin yeni dövlətinin proqramları İslamofobiya siyasəti baxımından öncəki dövlətin proqramları ilə heç bir fərqi yoxdur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstriyada yaşayan müsəlman icmalarının rəhbərlərinin fikrincə bu ölkənin yeni dövlətinin proqramları İslamofobiya siyasəti baxımından öncəki dövlətin proqramları ilə heç bir fərqi yoxdur.

Avstriyanın Orta Sağçı Xalq Partiyası və Yaşıl Partiya koalisiyası (Austrian People's Party) hakimiyyəti cari ilin Yanvar ayının 1-də dövlətin yeni proqramlarını açıqlayıb.

Siyasi analitiklərin fikrincə bu proqramda da öncəki dövlətdə olduğu kimi dini azlıqların və miqrantların istəkləri təmin edilməyib.

Keçən ilin (2019) May ayında Avstriya dövləti hakimiyyətdə olan "Avstriyanın Azadlığı" sağçı radikal partiyası (FPO) və bu partiyanın rəhbərinin (Heinz Christian Strache) pis əməllərinə görə vaxtından tez seçkilər təşkil etdi.

Avstriyalılar, xüsusi ilə də bu ölkədə yaşayan xarici vətəndaşlar yeni koalisiya dövlətinin hakimiyyəti gəlməsinə sevindilər.

Yaşıl Partiya ölkədə ətraf mühitin qorunması, miqrantlar barədə humanist qanunların qoyulması və dini və irqi azlıqların hüquqlarının qorunmasında məşhurlaşmışdı. Buna görə də vətəndaşların çoxu güman etmişdilər ki, bu koalisyanın hakimiyyətə gəlməsi islamofobiya və irqçiliyin azalmasına səbəb olacaq.

Buna baxmayaraq yeni dövlətin proqramlarında da hicab qadağası, siyasi İslamla mübarizə və miqrantların mühakiməsiz həbs edilməsi və şübhəli miqrantlara qarşı fövqəladə təhlükəsizlik proqramlarının icrası yer alıb.

Avstriyanın İslam Təşkilatı (İGGO) ki, 800 min müsəlmanın nümayəndəsidir, yeni dövlətin müsəlmanlara qarşı düşmənçilik mövqeyi tutduğunu elan edib.        

https://iqna.ir/fa/news/3871618

Teqlər: İQNA ، İslamofobiya ، Avstriya
Ad:
E-poçt:
* Comment: