IQNA

11:26 - January 21, 2020
Xəbər sayı: 3486536
Tunisdə bir neçə Qurani-Kərim nüsxəsini yandıran cavan oğlan bu ölkənin polisi tərəfindən həsbə alındı. Kasserin vilayətinin Sbaytla Came məscidində Quran nüsxələrini yandıran bu adamın 33 yaşı var.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisdə bir neçə Qurani-Kərim nüsxəsini yandıran cavan oğlan bu ölkənin polisi tərəfindən həsbə alındı.

Tunisin daxili işlər nazirliyi Quran nüsxələrini yandıran adamın əvvəllər də məhkum olunduğu və həbsdən yeni buraxıldığı barədə məlumat yayıb.

Tunisin Kasserin vilayətinin Sbaytla (Sbitla / Seftula) şəhərinin Came məscidində Quran nüsxələrini yandıran bu adamın 33 yaşı var. Onun evinin axtarışı zamanı Came məscidində yanan Quranların hissələri tapılıb. Bundan əlavə yerli sakinlər də onun evinin önündə yanmış Quran hissələri tapdıqlarını etiraf ediblər.

https://iqna.ir/fa/news/3872928

Teqlər: Tubis ، Quran yandırdı ، İQNA
Ad:
E-poçt:
* Comment: