IQNA

23:08 - January 22, 2020
Xəbər sayı: 3486540
"Fatimiyyə, yəni imamət və vilayətin müdaifəsi. Söhbət təkcə xilafətin qəsb edilməsindən getmir. Fatimə (s) Allahın haqqını qorumağa çalışdı. Fatimiyyə günləri Allahın haqqının müdafiəsi günləridir."

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani bu gün (22 Yanvar 2020) Cənubi Xorasan vilayətinin tələbə və təbliğçiləri ilə Qum şəhəridə görüş keçirib.

Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani bu görüşdə sosial şəbəkələrdə dini təbliğin və şübhələrə cavab verməyin zərurət və əhəmiyyətindən danışaraq dedi: Bu gün dini təbliğçilərin vəzifələrindən biri də budur ki, yeni batil firqələri və şübhələrini tanısınlar, onların hiylə və hədəflərini cavanlara aşılasınlar.

O əlavə etdi: Mübəlliğlərin vəzifəsi cavanların dini əqidələrini və biliklərini təshih etmək, sağlam dini maarifi onların arasında yaymaq, dini əxlaq və dəyərləri onlara tanıtdırmaqdır. Bunun üçün isə ən yaxşı vasitə Quran və Əhli-Beytin (ə) kəlamıdır.

Ayətullah Lənkərani vurğulayıb: Dini təbliğatçılar Fatimiyyə günlərini ayaqda saxlamlı və bu məsələyə xüsusi diqqət göstərməlidirlər.  

O əlavə edib: Fatimiyyə günləri, yəni Həzrət Fatimənin (s) İslamın müdafiəsindəki fəryadlarını insanlara çatdırmaq. Həzrət Peyğəmbər (s) vəfat etdikdə Həzrət Zəhra (s) Həsən və Hüseynin (ə) əlindən tutaraq ənsar və mühacirlərin evlərinin tək-tək gəzdi. Onların qapısını döyərək "Allaha kömək edin" dedi. Yəni Əlini (ə) Peyğəmbərdən (s) sonra xəlifə və hakim təyin edən Allahdır. Əlinin (ə) xilafəti ilə müxalifət Allahın hökmü ilə müxalifətdir.

Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani bu gün (22 Yanvar 2020) Cənubi Xorasan vilayətinin tələbə və təbliğçiləri ilə Qum şəhəridə keçirilən görüşündə dedi: "Fatimiyyə, yəni imamət və vilayətin müdaifəsi. Fatimiyyə günlərində söhbət təkcə xilafətin qəsb edilməsindən getmir. Camaat həm də bilməlidir ki, həmin gün Allaha zülm və sitəm edildi. Həzrət Fatimə (s) Allahın haqqını qorumağa çalışdı. Buna görə də Fatimiyyə günləri Allahın hüquqlarının müdafiəsi günləridir."

https://iqna.ir/fa/news/3873578

Ad:
E-poçt:
* Comment: