IQNA

23:19 - January 22, 2020
Xəbər sayı: 3486541
Fransanın prezidenti Emmanuel Makron bu gün, 22 Yanvar 2020-ci il, işğal edilmiş Qüdsün qədim ərazisində bir kilsyə girmək istəyərkən sionist rejiminin polisinin müqaviməti ilə üzləşib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın prezidenti Emmanuel Makron bu gün, 22 Yanvar 2020-ci il, işğal edilmiş Qüdsün qədim ərazisində bir kilsyə girmək istəyərkən sionist rejiminin polisinin müqaviməti ilə üzləşib.

Fransanın torpağı kimi hesab edilən bu kilsəyə girmək istəyən Makron ilə sionist rejiminin polisi arasında mübahisə baş verib. Polis məmuru Makrondan kilsəni təkr etməsini tələb edib.  

Fransanın prezidenti Emmanuel Makron bağıraraq sionist rejimin polisinə İngiliscə deyib: Mənim qarşımda etdiyiniz bu işdən xoşum gəlmir!

Bu hadisəni siyasi təhlilçilər 1996-cı ildə Jak Şirakın Qüdsdə atdığı addıma oxşadıblar. Onlar Makronun bu addımını teatr adlandırıblar.

https://iqna.ir/fa/news/3873634/

Teqlər: Emmanuel Makron ، Qüds ، İQNA
Ad:
E-poçt:
* Comment: