IQNA

Suriyanın Azəz şəhərindəki partlayışda səkkiz nəfər öldü

22:35 - January 26, 2020
Xəbər sayı: 3486562
Suriyanın Hələb şəhərinin şimalında yerləşən Azəz şəhərində bomba yerləşdirilmiş avtomobilin partladılması nəticəsində 8 sivil vətəndaş həyatını itirmiş və 20 nəfər yaralanmışdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın Hələb şəhərinin şimalında yerləşən Azəz şəhərində bomba yerləşdirilmiş avtomobilin partladılması nəticəsində 8 sivil vətəndaş həyatını itirmiş və 20 nəfər yaralanmışdır.

Bu hadisə Azəz şəhərinin məscid, mədəniyyət mərkəzi, restoran və yanacaq doldurma məntəqəsi yerləşdiyi bir ərazidə baş verib.

Qeyd edək ki, Azəz şəhəri Türkiyə ilə Suriyanın sərhədi yaxınlığında yerləşir. Bu şəhərdə dəfələrlə qanlı terror partlayışları baş verib, onlarla insanın yaralanması və ölümünə səbəb olub. Axırıncı dəfə şəhərinin Təmim Camesi yaxınlığında baş verən partlayışda beş nəfər ölmüş və bir neçə nəfər yaralanmışdı.  

https://iqna.ir/fa/news/3874410

Teqlər: iqna ، suriya ، Azəz şəhəri ، terror ، hələb
captcha