IQNA

Gənclərin illik elmi festivalı keçiriləcək

23:55 - January 28, 2020
Xəbər sayı: 3486577
Yanvarın 30-dan fevralın 8-dək Abu-Dabidə gənclər üçün illik elmi festival keçiriləcək. Festivalda  80-dan çox gənc alim öz layihələrini təqdim edəcək.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yanvarın 30-dan fevralın 8-dək Abu-Dabidə gənclər üçün illik elmi festival keçiriləcək. Festivalda  80-dan çox gənc alim öz layihələrini təqdim edəcək.
Festivalın keçiriləcəyi üç məkanda (Abu Dabi Corniche-də A'L Bahar, Al Ain'dəki Al Jahili Park və Al Dafrada City Mall) 120 mindən çox qonağın bir araya gəlməsi gözlənilir.
Festivalda  gənclərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahəsi üzrə kəşf və bacarıqları nümayiş olunacaq.
Təşkilatçılar gənc ixtiraçıların son nailiyyətləri, habelə bu sahədəki dövlət və özəl proqramlar haqqında məlumat əldə etmək üçün böyükləri və uşaqları bu festivala dəvət edib. /maide.az/
captcha