IQNA

ƏNSARULLAH Səudiyyə rejiminin Aramco neft bazasını raketlə vurdu

23:04 - January 29, 2020
Xəbər sayı: 3486583
"Bünyanun Mərsus" adı ilə keçirilən əməliyyatda Səudiyyə Ərəbistanın və koalisiyasının canlı və texniki qüvvəsi məhv edilib. Əməliyyat zamanı 2500 kv.km ərazi düşməndən azad edilib. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-masira" informasiya portalına istinadla verdiyi xəbərə görə, Yəmən Ordusu və ƏNSARULLAH İslami Müqavimət Təşkilatının silahlı qüvvələri Səudiyyə Ərəbistanının strateji nöqtələrinə qarşı intensiv əməliyyata başlayıb.

"Bünyanun Mərsus" adı ilə keçirilən əməliyyatda Səudiyyə Ərəbistanın və koalisiyasının canlı və texniki qüvvəsi məhv edilib. Əməliyyat zamanı 2500 kv.km ərazi düşməndən azad edilib. 

Yəmən silahlı qüvvələrinin sözcüsü Yəhya Səri bu haqda açıqlama verib. Açıqlamaya görə, Səud rejiminin Cizandakı Aramco neft bazası, Abha Hava Limanı, Səudiyyə Ərəbistanındakı "Xəmis Məşit" hərbi bazası və bir çox yeri hədəf alıb.

Ordu sözcüsü deyib: "Güclərimiz düşməni yox etmək üçün Marib şəhərinin qərbinə çatdı. Marib və əl-Coufun bəzi bölgələri azad olunub. Ordumuz irəliləməyə davam edir".
"Əməliyyat zamanı minlərlə düşmən hərbçisi öldürülüb və yaralanıb. Ordumuz bütün Yəməni azad etmək və suverenliyini bərpa etmək üçün addımlarını davam edir.", - deyə o bildirib.
Teqlər: yəmən ، Ənsarullah ، iqna ، aramko
captcha