IQNA

‘Amnesty İnternational’- Trampın təşəbbüsü beynəlxalq hüquqa ziddir

9:05 - January 30, 2020
Xəbər sayı: 3486584
Donald Trampın Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü təşəbbüs beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə sülhə kömək etmir. Bu barədə “Amnesty İnternational” təşkilatı bəyanat yayıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü təşəbbüs beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə sülhə kömək etmir. Bu barədə “Amnesty İnternational” təşkilatı bəyanat yayıb.
“Razılaşmada nəzərdə tutulan ərazilərin dəyişdirilməsi prinsipi Fələstin ərazisinin daha da ilhaq edilməsini özündə ehtiva edir və bu, beynəlxalq humanitar hüququn kobud pozulmasına gətirib çıxaracaq.
Yarım əsrlik işğal ərzində İsrail rejimi fələstinlilərin əsas hüquqlarını rədd edərək ayrı-seçkilik sistemi qurdu. Bu sövdələşmə belə bir qəddar, qanunsuz siyasətin təsdiqlənməsi deməkdir”, - bəyanatda qeyd olunub.
“Amnesty İnternational” beynəlxalq birliyi ABŞ Prezidentinin təşəbbüslərini rədd etməyə çağırıb. 
captcha