IQNA

9:21 - January 30, 2020
Xəbər sayı: 3486585
Pentaqon İranın SEPAH qüvvələrinin İraqda Amerikanın Eynul-Əsəd hərbi bazasına raket hücumu nəticəsində 50 nəfər hərbiçisinin yaralandığını etiraf etdi.

İQNA-nın (beynəlxalq Quran xəbər agentliyi) verdiyi xəbərə görə, Pentaqon İranın İraqda ABŞ hərbi bazasına raket hücumu nəticəsində yaralananların sayının 50 nəfərə çatdığını bildirib. Bu barədə Pentaqonun nümayəndəsi Tomas Kempbel bildirib.
T. Kempbel deyib: "Daha 16 hərbçiyə kəllə-beyin travması diaqnozu qoyulub. Bu günə qədər 50 ABŞ hərbçisinə kəllə-beyin travması diaqnozu qoyulub".
Onun sözlərinə görə, onlardan 31-nə tibbi yardım göstərilib və onlar vəzifələrinin icrasına qayıdıblar, 18 nəfər isə gələcək müalicə üçün Almaniyaya təxliyyə ediliblər.
ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın bazalara endirdiyi zərbələr nəticəsində zərərçəkənlərin olmadığını demişdi, daha sonra isə hərbçilərdə kəllə-beyin travmasının qeydə alındığını etiraf edib.
Xatırladaq ki, İran şəhid Qasim Sülymaninin qisasını almaq məqsədilə yanvar ayında ABŞ  bazalarına raket zərbələri endirib.  Raket zərbələri iranlı general Qasim Süleymaninin öldürüldüyü saatda həyata keçirilib. 
Sepah elan edib ki, bu hücum  şəhid Süleymaninin döyüş yoldaşlarının "ağır qisas"sının ilk mərhələsidir. /maide.az/
Teqlər: İQNA ، Eynul-Əsəd ، Pentaqon ، SEPAH
Ad:
E-poçt:
* Comment: