IQNA

11:18 - February 02, 2020
Xəbər sayı: 3486608
İran İslam Respublikasının İsfahan şəhərindən olan 4 yaşlı qız uşağı xanım Səna Nəzəri Qurani-Kərimin bir çox surələrini 4 dildə hifz edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İsfahan şəhərindən olan 4 yaşlı qız uşağı xanım Səna Nəzəri Qurani-Kərimin bir çox surələrini 4 dildə hifz edib.

Quran əzbərləməyi 3 yaşından başlayaraq böyük bacısından öyrənən Səna Qurani-Kərimin bir çox surələrini Türk, Ərəb, Fars və İngilis dillərində əzbər bilir.  

Sənanın 12 yaşlı böyük bacısı Hədis də Quranı, Nəhcül-Bəlağəni və Səhifəye-Səccadiyəni əzbər bilir. Qurani-Kərimi 34 medotla hifz edən Hədis İran İslam Respublikasının Magistratura təhsili alan ən azyaşlı tələbəsidir. O, Quran və Hədis Elmləri üzrə təhsil alır.

Hədis xanımın yay tətilində hər gün evdə 10 cüz və məktəb aylarında Quran  4 cüz Quran tilavət etməsi onun balaca bacısı Səna da Quranı hifz etmək həvəsi oyatmışdır. Səna 3 yaşında, yəni dil açmağa başladığı zamandan Quranı bacından təqlid edərək əzbərləməyə başlayıb.

Səna ilk dəfə Ər-Rəhman surəsini əzbərləyib. Daha sonra isə Quranın son 10 cüzünü əzbərləməyə başlayıb. Hazırda isə Quranın ilk 10 cüzünü əzbərləməklə məşğuldur.

Səna hər gün İranın məşhur tərtil tilavəti ustadı Şəhriyar Pərhizgarın tilavətini dinləyərək Quranı əzbərləyir və bu metodla hər üç gündə bir Quran xətm edir.

https://qom.iqna.ir/fa/news/3875437

Ad:
E-poçt:
* Comment: