IQNA

22:54 - February 03, 2020
Xəbər sayı: 3486618
Ötən həftə ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin həllini nəzərdə tutan “Əsrin sazişi”ni açıqlaması diqqəti yenidən bu məsələyə yönəltdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən həftə ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin həllini nəzərdə tutan “Əsrin sazişi”ni açıqlaması diqqəti yenidən bu məsələyə yönəltdi.

Bir çox mütəxəssislər hesab edirlər ki, Trampın təqdim etdiyi sülh formatı daha çox İsrailin maraqlarına uyğundur və faktiki olaraq, Fələstinə tarixi ərazilərindən imtina etməsi şərti ilə müstəqil dövlət statusu tanınır.

Məlum müqaviləni Teleqraf.com-a şərh edən şərqşünas alim Samid Paşa hesab edir ki, artıq ABŞ və İsrail istəyinə nail olub.

Onun fikrincə, Tramp Administrasiyasının "Əsrin sazişi" kimi tanınan "Yaxın şərq sülh" planının əsas müddəaları və tələbləri çoxdandır reallaşıb və həyata keçib:

“Sadəcə olaraq, indiki elan onun tanınması, beynəlxalq müstəvidə elan edilməsi və leqallaşdırılması məqsədi daşıyır”.

Şərqşünas əlavə edib ki, Ərəb dilində “Siyasət Ərdul-Vaqe” ifadəsi var və bu, faktiki siyasi vəziyyətin tətbiqi anlamına gəlir: “Yəni, İsrail 1967-dən indiyədək reallaşmış hadisələrin və olayların dünya ictimaiyyəti tərəfindən tanınmasını istəyir. Tramp tərəfindən elan olunan sülh sazişində əsas məqsəd də bundan ibarətdir”.

Ad:
E-poçt:
* Comment: