IQNA

Suriya ordusu: “Türkiyəyə cavab verməyə hazırıq”

11:30 - February 14, 2020
Xəbər sayı: 3486681
Suriya ordusunun komandanlığı çərşənbə axşamı Türkiyənin Suriya ərazisinə hücumlarının beynəlxalq qanunları pozduğunu və suriyalıların Türkiyənin təcavüzünə cavab verməyə tam hazır olduqlarını qeyd edib.

Suriya ordusunun komandanlığı çərşənbə axşamı, axşam yayımlanan açıqlamada, Türkiyənin Suriya ərazisinə hücumlarının beynəlxalq qanunları pozduğunu və suriyalıların Türkiyənin təcavüzünə cavab verməyə tam hazır olduqlarını qeyd edib.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Suriya Ordusu Komandanlığının açıqlamasında Türkiyənin təcavüzkar hərəkətlərinin Suriyanın şimalındakı İdlib və Hələb əyalətlərində terrorçulara kömək məqsədi daşıdığı qeyd olunur. Suriya ordusunun komandanlığı, Türkiyə ordusunun yaşayış məntəqələrinə və Suriya ordusunun ölkədəki mövqelərinə geniş miqyaslı hücumlarına işarə edərək, Türkiyə hücumlarının İdlib və Hələb əyalətlərinin terrorçulardan təmizlənməsinə maneə törətməyəcəyini söyləyib. İdlib və Hələb əyalətləri Suriyadakı terrorçuların son məkanıdır. Son günlər Türkiyə qoşunları, Suriya ordusunun mövqelərinə və İdlib və Hələb əyalətlərində infrastrukturlara qarşı terrorçuların lehinə dəfələrlə atəş açıblar. Türk ordusu son 3 ildə Suriya ordusuna qarşı dəfələrlə hücumlar edib. Suriyanın şimalındakı bəzi bölgələr, hazırda Türkiyə qoşunları tərəfindən zəbt edilib. Qeyd edək ki, Türkiyənin Suriyanın şimalındakı təcavüzkar hərəkətləri beynəlxalq səviyyədə qınanılır. Xatırladaq ki, Suriyadakı böhran 2011-ci ildə Türkiyə, Səudiyyə rejimi, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının bölgədəki siyasi bərabərlikləri sionist rejimin lehinə dəyişdirməsi fonunda meydana gəlmişdir. / "Deyerler.org"

Teqlər: iqna ، suriya ، türkiyə
captcha