IQNA

22:29 - February 19, 2020
Xəbər sayı: 3486712
Tehran (IQNA) - İranda keçiriləcək 11-ci Parlament seçkilərilə toxunan Ali Rəhbər qeyd edib ki, seçkilər ölkədə ümumi səfərbərlikdir. Ölkəni gücləndirən seçkilər İslami nizamın fəxr qaynağıdır.
"ABŞ-ın qara piarıyla İslam nizamı və gənclərimizi bir-birindən uzaqlaşdırmaq istəyir. Onlar davamlı olaraq çalışır,  beyin mərkəzləri qurur, gəncləri İslami nizamdan qoparmaq istəyirlər. Ancaq məqsədlərinə çata bilməyəcəklər”. - bunu Ayətullah Seyid Əli Xamenei Təbriz əhalisi ilə Tehranda  keçirdiyi qəbul zamanı deyib. 
İranda keçiriləcək 11-ci Parlament seçkilərilə toxunan Ali Rəhbər qeyd edib ki, seçkilər ölkədə ümumi səfərbərlikdir. Ölkəni gücləndirən seçkilər İslami nizamın fəxr qaynağıdır.
Seçkilərin ABŞ rəsmiləri ilə sionitlərin zərərli planlarını zərərsizləşdirəcəyini qeyd edən Ayətullah Xamenei bildirib ki, hazırda dünyanın gözü İrandadır. "Dostların və düşmənlərin gözü buradadır. Düşmənlər iqtisadi problemlərin, nüvə razılaşmasının pozuntularının və ABŞ-ın təzyiqlərinin nəticəsini bilmək istəyir. Dostlarımız da nələr olacağı ilə maraqlanır. Odur ki, İran güclənsə, düşmənləri məyus olar və onların hiylələri başlanğıcda puç olar və nəticəsiz qalar. Güclənmənin bir nümunəsi də güclü bir parlamentə sahib olmaqdır."
Ayətullah Xamemeni  ABŞ-ın  zahiri bəzəyinin əksi olaraq bu ölkənin cəmiyyətində iqitisadi və  ictimai problemlərin olduğunu vurğulayıb və qeyd edib ki,  ABŞ hazırda  daxildən dağılmaq istiqamətində hərəkət edir. ABŞ-ın zahiri əzəməti onun batmasına mane ola bilməyəcək. “Necə ki, "Titanik" gəmisinin məşhurluğu və əzəməti onun batmasına mane ola bilmədi, ABŞ-ın zahiri bəzəy və əzəməti də onun batmasına mane ola bilməyəcək. ABŞ batacaq”. 
Ayətullah Xamenei  ABŞ-da ayrıseçkilik, yoxsular və varlılar arasındakı təbəqə və cinayətlər   bir xora kimi ABŞ-ı  içəridən yeyəcək. 
“ABŞ-ın bizim ölkəmizin ətrafında hərbi bazaları var amma əgər bir gün hansısa məsələ qarşıya çıxsa  bu bazalar nə ABŞ-ın, nə də bu bazalara görə ABŞ-a  pul ödəyən ölkələrin işinə yarımayacaq.
Ad:
E-poçt:
* Comment: