IQNA

İslami Müqavimət Alimləri toplantı keçirtdi

23:27 - February 23, 2020
Xəbər sayı: 3486737
Tehran (IQNA) -  İslami Müqavimət Alimlərinin Dünya Birliyinin üzvləri İraqda "əsrin müqaviləsi" layihəsi mövzusunda "Vəhdət və İraqın hakimiyyəti; Fələstin və ümmət üçün qələbə" devizi ilə toplantı keçirib.

Ötən gün (22 Fevral 2020) Bağdadda keçirilən konfrans İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin Fələstin mövzusunda çıxışlarının müzakirəsi ilə başlayıb.

İslami Müqavimət Alimlərinin Dünya Birliyinin üzvləri öz çıxışlarında Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin sionist rejiminin qarşıdan gələn 25 ili görməyəcəyi barədə müjdəsinə işarə edərək bildiriblər: Müsəlman ümməti həmişə düşmənin hiyləsi qarşısında oyaq olmalı və dünya imperializminə qarşı dirəniş göstərməlidir.  

Çıxışda Əhli-sünnə alimləri vurğulayıblar ki, şiə və sünnilər vahid İslam mədəniyyətini təşkil edirlər və Qüds müsəlmanların əqidəvi kimliyidir.

Fələstinin Bağdaddakı səfiri Əhməd Əqəl çıxışında deyib: İraqlılar Fələstini və Qüdsü tarixdə 4 dəfə işğaldan azad ediblər. Bu dəfə netanyahu və tramp tərəfindən "əsrin müqaviləsi" layihəsi məğlubiyyətə uğruyacaqdır.  

https://iqna.ir/fa/news/3880660

captcha