IQNA

İİR koronavirusa yoluxanların sayını gizlətmir

23:29 - March 02, 2020
Xəbər sayı: 3486803
Tehran (IQNA) – BMT-nin İqtisadi və Sosial Şurasının Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İran İslam Respublikasının koronavirusa yoluxanların sayını gizlətməsi barədə iddiaları təkzib edib.

Bu barədə BMT-nin İqtisadi və Sosial Şurasının Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom (Adhanom) Amerika televiziyalarından birinə müsahibəsində deyib.

Tedros Adanom "CNBC" televiziya kanalı ilə müsahibəsində İran İslam Respublikasının koronavirusa yoluxanlar sayı barədə açıqlamasının doğru olduğunu vurğulayaraq deyib: İranın həqiqi sayı gizləməsi barədə edilən iddialar əsassızdır. Mən dəlil və sübut olmadan heç bir ölkəni ittiham edə bilmərəm.

O əlavə edib: Biz kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə deyilənləri təkrarlaya bilmərik.

Adanom vurğulayıb: İran İslam Respublikasının BƏƏ-nin Əbu-Zabi şəhərindəki səfirliyi ÜST-ün tibbi komandasının qiyməti 300 min dollar olan 7.5 ton tibbi avadanlıqlar ilə İrana yola düşdüyünü elan edib.

Qeyd edək ki, Fransa, Almaniya və İngiltərə koronavirus ilə mübarizə üçün İran İslam Respublikasına 5 milyon avro kömək edəcəklərini bildiriblər. Bu ölkələrin ilk tibbi yardım yükü bu gecə (2 Mart 2020) Tehrana yola düşəcək.  

3882780

captcha