IQNA

10:09 - March 10, 2020
Xəbər sayı: 3486877
Həzrət Zeynəb (s) dünyaya göz açdıqdan sonra anası xanım Fatimeyi Zəhra (s) onu atası möminlər ağası və əmiri həzrət İmam Əlinin (canlar ona fəda olsun) yanına gətirib dedi: “bu körpəyə ad qoyun!”.
Həzrət Zeynəb (s) dünyaya göz açdıqdan sonra anası xanımlar xanımı Fatimeyi Zəhra (s) onu atası möminlər ağası və əmiri həzrət İmam Əlinin (canlar ona fəda olsun) yanına gətirib dedi: “bu körpəyə ad qoyun!”.
Həzrət buyurdu: mən Allahın Rəsulundan (s) irəli keçməyəcəm. Bu günlərdə həzrət Peyğəmbər (s) səfərdə idi. Səfərdən qayıtdıqdan sonra əmirəl-möminin İmam Əli (ə) o həzrətə buyurdu: körpə üçün bir ad seçin. Allah Rəsulu (s) buyurdu: “mən Allahımdan önə keçmərəm”.
Bu zaman cənab Cəbrail (ə) nazil ilub Allahın salamını Peyğəmbərə (s) çatdırıb dedi: Bu köpənin adını Zeynəb (s) qoyun! Böyük Allah bu adı onun üçün seçmişdir.
Sonra o həzrətə üz verəcək müsibətləri və çətinlikləri danışdı. Peyğəmbər (s) ağlayaraq buyurdu: hər kəs bu qıza ağlasa, qardaşı Həsən və Hüseynə ağlayan şəxs kimidir.1
 
XANIMLAR ÜLGÜSÜ HƏZRƏT ZEYNƏB (əs)
O səbir və şücaət təcəssümü və iffət müəlliməsi idi. Dünyaya gəlişi ilə, səbrin özünə xəcalət verdi, Zeynəb (əs). Bəli tarixin bu əfsanəsindən danışıram. Onun gəlişi, öz zülal dəqiqələri ilə eşqi məəttəl qoydu. O, gəlmişdir ki, sədaqət və vəfanı, mətanət və vuqarı dünya əhlinə öyrətsin. O, gəlmişdir öz risalətini yerinə yetirsin.
O, gəlmişdir qardaşına munis, həmdərd, yavər, Hüseyn (ə) karvanına sarvan, əsirlərin qəmxarı olsun. O, məzlumların ucalmış səsi olmaq üçün gəlmişdir. Hansı ki, o səs hələ də tarixin səhifələrindən haqq axtaranların qulaqlarına çatır. Bu təəccüblü deyildir ki, onu “Ummul Məsaib – Müsübətlər anası” adlandırdılar. Dağlar qədər qəm - qüssələrə səbir etdi xanım Zeynəb (əs). Həzrət Zeynəb (əs) həmin o şəxsdir ki, əsirlər karvanına bir ana və onların dərdinə şərik idi.
 
HƏZRƏT ZEYNƏBDƏN (əs) GÖZƏL BİR RƏVAYƏT
Bir gün atası Həzrət Əlidən (ə) soruşdu: Məni sevirsənmi?
Həzrət Əli (ə) buyurdu: Bəli.
Sonra o həzrət atasının cavabında belə buyurdu: iki məhəbbət – Allah məhəbbəti və övlad məhəbbəti - möminin qəlbində yerləşməz . Deməli bu sevgi və məhəbbətin sirri belə isbat olunur ki, xalis və həqiqi sevgi Allaha, şəfqət və ürək yanqısı övladlara məxsusdur. Bu əlaqə və sevgi də Allaha xatir olur.
Əmirəl-möminin (ə) də xanımın bu cavabını təstiq edərək onu təriflədi.2   
 
HƏZRƏT ZEYNƏBİN (əs) İBADƏTİ 
İmam Səccad bibisi Zeynəb (s.ə) barəsində bildirir: "Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, münacatlarını edirdi. Bütün bu məhrumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı".
Bundan əlavə, Kərbəla qəhrəmanının ibadətindən xəbərdar olan Seyyiduş-Şühəda İmam Hüseyn (ə) Xanıma buyurmuşdu: "Əziz bacım, qıldığın gecə namazlarında mənə dua etməyi unutma".
Xanım Zeynəb (s.ə) hicrətin 62-ci ilində rəcəb ayının 15-də Suriyanın Şam şəhərində vəfat etmişdir. 
 
--------------------
1 - Fatimeyi Zəhra (s) dele Peyambər (s), s854
2- Mirza Muhəmməd Təqi Sepehr, Əl-Tərazul Məzhəb.
Ad:
E-poçt:
* Comment: