
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmi açıqlama verərək koronavirusu "beynəlxalq pandemiya" elan edib. Elanda deyilir ki, koronavirus 114 ölkədə 118 min nəfərə yoluxub və 4291 nəfərin həyatına son qoyub.
ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, Çindən kənarda qeydə alınan koronavirusa yoluxma hallarının sayı iki həftə ərzində on üç dəfə artıdığını vurğulayaraq "həyəcanlandıran hərəkətsizlik səviyyəsindən" çox narahat olduğunu bildirib.
Pandemiya dünyanın bir çox ölkəsində eyni zamanda yayılan xəstəliyə deyilir.
Bundan bir neçə saat sonra İtaliya bəyan edib ki, ərzaq dükanları və əczəxanalardan başqa bütün mağazalar bağlanacaq.
Avropada koronavirusa görə iş yerlərini ən çox bağlayan İtaliyanın Baş naziri Giuseppe Conte deyib ki, müştəri ilə aralarında "bir metr məsafə" saxlanmasına təminat verə bilməyən barlar, bərbərxanalar, restoran və kafelər, eləcə də şirkətlərin köməkçi şöbələri bağlanacaq.