IQNA

Seyid Həsən Nəsrullah: “Koronavirusla mübarizədə Tramp ən böyük yalançıdır”

22:17 - March 14, 2020
Xəbər sayı: 3486907
Tehran (IQNA) - Livanın Islami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah bölgədəki və beynəlxalq miqyasda baş verən prosesləri qiymətləndirib.

Seyid Həsən Nəsrullah martın 13-ü axşam televiziyada çıxış edərək koronavirusun dünyanın ilk narahatlığına çevrildiyini və Qərbi Asiya bölgəsi üçün xarakterik olmadığını söyləyib: “Özümüzü koronavirusla müharibə bölgəsinin mərkəzində görməliyik, çünki bu bir şəhər və ya kəndin müharibəsi deyil, qlobal müharibədir və ölkələr və millətlər bununla mübarizə aparır və buna daxil edilir və bu şərtlərdə prioritetlər hökumətlərin və millətlərin məsuliyyətidir.

Bu müharibədə düşmənlər və hədəfə alınan insanlar var və bu müharibədə hədəfə alınmayanlar düşmənlərlə mübarizə aparmalıdırlar.

Koronavirusla bağlı müəmmalı olan şey, bunun bir çox tərəfinin hələ də qeyri-müəyyən olması və təhlil edilməsi zərurətidir.

Bu düşmənə və virusa məğlub olmamalıyıq, bu müharibədəki seçimimiz qlobal vəbaya çevrilmiş düşmənə qarşı durmaqdır və buna təslim olmamalı, ümidsiz və tənbəl olmamalıyıq.

Livanda hökumətdən Livan vətəndaşlarına və suriyalı qaçqınlara qədər hər kəs öz vəzifələrini və məsuliyyətlərini yerinə yetirməlidir və səhiyyə sektorunun rolu mühümdür, çünki koronavirusa qarşı mübarizənin ön cəbhəsindədir.

Son müharibənin məqsədi koronavirusun yayılmasının qarşısını almaq və qəti müalicə tapana qədər bu virusun insan və iqtisadi ziyanını və zərərini azaltmaqdır.

Ehtiyat tədbirləri görmək bu vəziyyətdə yaxşı bir seçimdir, Livan vətəndaşları əllərindən gəldiyi qədər koronavirusla bağlı elan edilmiş qaydalara əməl etməlidirlər.

Bu anda ehtiyacımız budur ki, bu müharibədə əməkdaşlıq edək və Kovid-19 əxlaq psixologiyası ilə mübarizə aparaq.

Bu müharibədə tənqid dilində danışan hər kəs üçün heç bir maneə yoxdur, ancaq nifrət və kinə yol açan dili istifadə etməkdən çəkinmək lazımdır, çünki humanitar bir müharibə ilə üzləşmişik və bu müharibədə dini, şəri, mənəvi və milli vəzifələrimizi yerinə yetirməliyik.

Koronavirusla əlaqədar olan ehtiyat tədbirləri və təlimatlar müstəhəb (savab üçün) deyil, şəri olaraq vacibdir və bu virusu aradan qaldırmaq üçün təlimatlar ən incə detallara qədər tətbiq edilməlidir”.

Hizbullahın baş katibi tövsiyələrinin davamında bunları deyib: “Həyatını və ailəsini qorumaq hər bir insanın dini vəzifəsidir və bu vəzifəni yerinə yetirməyən hər kəs böyük günahlardan birini etmiş olur.

Koronaya qarşı mübarizədə şəffaflıq və dürüstlük lazımdır və koronavirusun olduğunu hiss edən və ya simptomları olan hər kəs həqiqəti söyləməli və ya xəstəxanaya gedib müalicə və karantinə düşməlidir”.

Seyid Həsən Nəsrullah Qumdakı dini qurumlardan birinin fətvasına istinad edərək, belə bir fikir söyləyib: “Kim koronavirusu başqalarına yoluxdurarsa və yoluxmuş şəxs ölərsə, o şəxsin qan pulunu ödəməlidir. Bu səbəbdən heç bir şəkildə yalan danışmamalı və həqiqəti rədd etməməlidir.

Livan Səhiyyə Nazirliyi koronavirusla bağlı açıq və dürüst idi və Hizbullah və Səhiyyə Nazirliyinin həqiqətləri və statistikaları təkzib etməsi barədə xəbərlər yanlış və doğru deyil”.

Seyid Həsən Nəsrullah bu nazirlikdən indiyə qədər psixologiya ilə işlərini davam etdirmələrini istəyib və ABŞ və Böyük Britaniya rəsmilərinin hərəkətlərinə toxunaraq, bunları deyib: “Tramp və Britaniya səlahiyyətliləri koronavirus statistikasını açıqamaqda şəffaf deyil və hətta koronavirus təhlükəsini əhəmiyyətsiz görünməsinə çalışdılar”.

Hizbullahın baş katibi çıxışı vaxtı bu sözləri səsləndirib: “Tramp və komandası koronavirusa qarşı mübarizədə dünyanın ən böyük yalançılarıdır”.

ABŞ hakimiyyətinin İrana kömək təklifinə toxunan Seyid Həsən Nəsrullah, belə davam edib: “İranın korona ilə mübarizədə ABŞ-ın köməyinə ehtiyacı yoxdur. ABŞ-ın etməsi lazım olan şey, sanksiyaların aradan qaldırılmasıdır”.

Fars körfəzində ərəb mediasının koronavirusa qarşı mübarizədə İrana və bu ölkənin qüvvələrinə qarşı ittihamlarına da toxunan Seyid Həsən Nəsrullah, belə danışıb: “Bu çirkin bir işdir, çünki onların çoxu koronavirusa qarşı mübarizənin ön cəbhələrində virusa yoluxdular və ərəb mediasının ittihamları doğru deyil”.

Hizbullahın baş katibi bu virusun qarşısını almaq üçün ən yaxşı tədbirin ev karantini olduğu üçün livanlılardan evdə qalmalarını istəyib: “Lazım olmasa evi tərk etməyin, evdə namaz qılın və şənliklərdən və dini mərasimlərdən və hətta dəfn mərasimlərindən çəkinin”.

Seyid Həsən Nəsrullah aşağıdakı tövsiyələri də verib: “İran və Çindən ABŞ-a qədər koronavirusa qarşı mübarizədə bütün ölkələrin təcrübəsindən faydalanın. Hizbullah koronavirusa qarşı mübarizə üçün hökumətə və Səhiyyə Nazirliyinə bütün imkanlarını, xəstəxanalarını və həkimlərini, bütün insan qüvvəsini və imkanlarını təklif etməyə hazırdır.

Livan hökuməti koronavirusa qarşı mübarizəyə rəhbərlik edir və fövqəladə vəziyyət elan etməyin vaxtının gəldiyini qərara alarsa, bu onun məsuliyyətindədir”.

Çıxışının başqa bir hissəsində Seyid Həsən Nəsrullah koronavirusa qarşı mübarizədə səbir, ümid, qətiyyət və nəzarət tələb edən bir mübarizə olduğunu və Allaha inamın bu mübarizədə böyük bir silah olduğunu söyləyib.

Hizbullahın baş katibi çıxışının davamında, Livan banklarından məsuliyyətlərini və vəzifələrini yerinə yetirmələrini istəyib və bank səlahiyyətliləri və işçilərinə müraciətində bunları söyləyib: “Sizin çox pulunuz var və çox qazanc əldə edirsiniz. Məsuliyyətlərinizi yerinə yetirmənin vaxtı gəldi. Xalqın mübarizə aparması və ölkənin bu müharibədə qalib olması üçün hökumətə və səhiyyə sektoruna ilk yardım əli uzadan siz olmalısınız”.

3885079

captcha