IQNA

14:37 - March 18, 2020
Xəbər sayı: 3486934
Tehran (IQNA) -  Qazaxıstanlı İslamşünas İrşat Ungarov Qurani-Kərimin Qazax dilinə tərcümə və təfsir etmişdir. Kitabda hər ayənin tərcüməsi ayrılıqda verilib və nüzul səbəbi yazılmışdır.

İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri İdarəsindən verilən məlumata görə, Qazaxıstanlı İslamşünas İrşat Ungarovun Qazax dilində çap və nəşr ediyi tərcümə və təfsirin təqdimat mərasimi keçirilib.

Bu mərasimdə Qazaxıstanın baş müftisi Novruzbay Hacı Taqanoli, Qazaxıstan müsəlmanlarının dini idarəsinin rəisi, parlament nümayəndələri, alimlər və dini şəxsiyyətlər iştirak ediblər.

Qazaxıstanın baş müftisi Novruzbay Hacı Taqanoli deyib: Bu tərcümə və təfsirin özəlliyi budur ki, Qazax dilindədir, hər ayə ayrılıqda təfsir və tərcümə edilmişdir və hər bir ayənin nazil olma səbəbi qeyd edilmişdir.

Qazaxıstanlı İslamşünas İrşat Ungarovun Quranın Qazax dilinə tərcümə və təfsiri Qazaxıstanın yazıçılar birliyinin üzvü Nurcan Muradəliyev tərəfindən redaktə edilmişdir.     

3886130

Ad:
E-poçt:
* Comment: