“Dünyada 100 mindən çox insan koronavirusun yaratdığı xəstəlikdən sağalıb”. - bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Cenevrədə keçirilən mətbuat konfransında deyib.

“Dünyada 100 mindən çox insan koronavirusun yaratdığı xəstəlikdən sağalıb”. - bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında deyib.
“İndi yarım milyondan çox insan koronavirusa yoluxub və 20 mindən çox insan isə dünyasını dəyişib. Ancaq unutmayaq ki, dünyada 100 mindən çox insan virusdan sağalıb. Virusa qarşı peyvənd hazırlamaq üçün ən azı 18 ay lazımdır. Bu vəziyyətdə, təcili olaraq xəstələrin müalicəsi və həyatını xilas etmək üçün terapevtik maddələrə ehtiyac var.