IQNA

11:54 - April 02, 2020
Xəbər sayı: 3487005
Tehran (IQNA) - Son zamanlar İraqdakı hərbi bazalarına hücumları artan ABŞ Ənbar və Ərbildəki bazalarına "Patriot" raket sistemləri yerləşdirməyə başlayıb.

İranın Xarici İşlər Nazirliyinin sözcüsü Seyid Abbas Musəvi işğalçı Amerika qüvvələrinin İraqdakı son hərbi addımlarına etiraz edərək, "İraqda ABŞ-ın son hərbi manevrləri İraq xalqının, hökumətinin və Parlamentinin istəyini əks etdirmir, həmçinin İraq Parlamentinin qəbul etdiyi qərarın pozulmasıdır", - deyə bildirib.

Maide.Az xəbər verir ki, İran mediasının məlumatına görə, Musəvi açıqlamasında, "Biz bunu İraqın milli suverenliyinin pozulması kimi görürük və ABŞ-ın hərbi addımlarının bütün bölgə üçün təhlükəli olacağı qənaətindəyik" söyləyib.
Son zamanlar İraqdakı hərbi bazalarına hücumları artan ABŞ Ənbar və Ərbildəki bazalarına "Patriot" raket sistemləri yerləşdirməyə başlayıb.
Teqlər: iran ، iraq ، amerika
Ad:
E-poçt:
* Comment:
* captcha: