IQNA

22:39 - April 03, 2020
Xəbər sayı: 3487010
Yeni növ koronavirus pandemiyası ilə bağlı Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində 24 saat ərzində komendant saatı elan edilib.

Yeni növ koronavirus pandemiyası ilə bağlı Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində 24 saat ərzində komendant saatı elan edilib.

Maide.Az "azərtac"a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Nazirliyin məlumatında qeyd olunub ki, cümə axşamı günündən etibarən tətbiq olunan komendant saatında insanlara yalnız səhər saat 6:00-dan günorta 15:00-dək ərzaq və dərman almaq üçün küçəyə çıxmağa icazə veriləcək.
 
Sakinlərə yaşadıqları evlərdən çıxmamaq bərədə xəbərdarlıq edilib. Sözügedən şəhərlərdə ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün kommersiya fəaliyyəti qadağan edilib.
 
Ötən həftə Kral Salman bin Əbdüləzizin sərəncamı ilə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlər daha da sərtləşdirilib. Həmin sərəncamla Ər-Riyad, Məkkə və Mədinəyə giriş-çıxışlar qadağan edilmişdi.
 
Səudiyyə Ərəbistanında indiyədək COVID-19 virusuna 1885 nəfər yoluxub, 21 insan isə həyatını itirib
Teqlər: məkkə ، mədinə ، həcc ، koronavirus
Ad:
E-poçt:
* Comment:
* captcha: