IQNA

13:08 - April 04, 2020
Xəbər sayı: 3487021
Tehran (IQNA) -  Əfqanıstanın prezidenti Əşrəf Ğəninin xüsusi mühafizəçilərindən biri Kabulda terror edilərək öldürülüb, digəri isə yaralanıb.

Əfqanıstanın prezidenti Əşrəf Ğəninin xüsusi mühafizəçilərindən biri Kabulda terror edilərək öldürülüb, digəri isə yaralanıb.

Əfqanıstan Səsi xəbər agentliyinin verdiyi xəbərə görə, bu məlumatı ölkənin təhlükəsizlik rəsmiləri təsdiq ediblər.

Əfqanıstanın daxili işlər nazirliyinin sözçüsü Tariq Aryən bu barədə deyib: Hadisə keçən gecə (Cümə, 3 Aprel 2020) Pəğman şəhərinin ətraf kəndlərində baş verib. Naməlum şəxslər prezidentin xüsusi mühafizə dəstəsinin üzvlərinə güllə ilə atəş açıblar.

Bu hadisədə Əfqanıstanın prezidenti Əşrəf Ğəninin xüsusi mühafizəçilərindən biri Qiyamuddin Məqsudi öldürülüb və digər bir cangüdən isə yaralanıb.  

Əfqanıstanın daxili işlər nazirliyinin sözçüsü əlavə edib ki, hadisə barədə polisi istintaq əməliyyatına başlayıb.

3888937

 

Ad:
E-poçt:
* Comment:
* captcha: