IQNA

15:45 - April 11, 2020
Xəbər sayı: 3487058
Tehran (IQNA) - Ehtiyacı olan ailələr marketlərdə ərzaq tapa bilmədiyi üçün tez xarab olmayan ərzaqları əldə etmək üçün saatlarla gözləyiblər.

ABŞ-da San Antonio Qida Bankı koronavirusun yayıldığı dövrdə bir gündə 6000 ailəyə ərzaq paylayıb.

Ölkədə milyonlarla insan koronavirusa görə aclıq çəkməmək üçün xeyriyyəçilərə müraciət edib.

Dünən ABŞ-ın Texas şəhərində minlərlə insan öz avtomobili ilə qida növbəsinə dayanıb.

Ehtiyacı olan ailələr marketlərdə ərzaq tapa bilmədiyi üçün tez xarab olmayan ərzaqları əldə etmək üçün saatlarla gözləyiblər.

Pandemiyanın ABŞ-da yayılmasından bəri son iki həftə ərzində Florida və Pensilvaniyada da oxşar mənzərələr müşahidə edilib.

San Antonio Qida Bankının prezidenti və icraçı direktoru Erik Kuper bildirib ki, ehtiyac çox böyükdür, böyük fəallıq müşahidə olunur.

"Mega Giveaway" adlandırılan San Antonio tədbiri həftədə iki dəfə, evdə əvvəlcədən qeydiyyata düşən insanlar üçün keçirilir.  /eastnews.org/ 

Teqlər: amerika ، ərzaq ، koronavirus
Ad:
E-poçt:
* Comment:
* captcha: