IQNA

12:16 - April 13, 2020
Xəbər sayı: 3487076
Tehran (IQNA) -  Səudiyyə Ərəbistanında koronavirusa yoluxan xəstələrə Məscidul-Həram və Məscidun-Nəbi ziyarətgahlarının idarə heyəti tərəfindən Zəmzəm suyu verilib.

Səudiyyə Ərəbistanında koronavirusa yoluxan xəstələrə Məscidul-Həram və Məscidun-Nəbi ziyarətgahlarının idarə heyəti tərəfindən Zəmzəm suyu verilib.

Bu barədə Səudiyyə Xəbər Agentliyi məlumat verib.

Məlumata əsasən, Məscidul-Həram və Məscidun-Nəbi ziyarətgahlarının idarə heyətinin rəisi Şeyx Əbdürrəhman bin Əbdüləziz Südeys ölkədəki koronavirus xəstələrinə Zəmzəm suyu paylanılması barədə göstəriş verib.

Bu proqram xəstə insanlara milli, sosial, maddi və mənəvi dəstək fondu əsasında həyata keçirilmişdir.

Zəmzəm suyu koronavirus xəstələrinin yerləşdirildiyi bütün xəstəxanalara paylanılacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək bu ölkədə 52 nəfər koronavirus xəstəsi həyatını itirib.

3891167

Ad:
E-poçt:
* Comment:
* captcha: