IQNA

İslam ölkələrində Ramazan ayının tarixi açıqlandı

8:33 - April 19, 2020
Xəbər sayı: 3487105
Tehran (IQNA) -  Beynəlxalq Astronomiya Mərkəzi bir sıra İslam ölkələri üçün 2020-ci ilin mübarək Ramazan ayının başlayacağı tarixi elan etdi.

Beynəlxalq Astronomiya Mərkəzi gələn həftənin Cüməaxşamı günü bəzi İslam ölkələrində mübarək Ramazan ayının hilalının görünə biləcəyini deyib.

Mərkəzin bəyaniyyəsində deyilir ki, bir sıra İslam ölkələrində Şəban ayı 2020-ci ilin Mart ayının 26-da başlayıb və Aprel ayının 23-də, Cüməaxşamı günü sona yetəcək. Cüməaxşamı gününün qürubunda (Gün batan çağında) Ramazan ayının hilalı görünəcək.

Cüməaxşamı günü mübarək Ramazan ayının hilalı İndoneziya, Malaziya, Brunoi, Hindistan, Pakistan, Oman, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Liviya, Əlcəzayir, Mərakeş, Mavritaniya və bir çox qeyri-Ərəb İslam ölkələrində müşahidə ediləcək.

Qeyd edək ki, Türkiyə, İraq, Tunis və Misrdə Şəban ayının hilalı digər ölkələrdən bir gün daha tez göründüyü üçün Ramazan ayının hilalı da Aprel ayının 22-də, həftənin üçüncü günü görünə bilər.   

3892509

captcha