IQNA

Hindistanda ‘Kovid-19’ böhranını müsəlmanların üzərinə atılması qəbuledilməzdir

12:31 - April 20, 2020
Xəbər sayı: 3487111
Tehran (IQNA) - İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Hindistandakı bəzi qrupların yeni növ koronavirusun yayılması məsələsində məsuliyyəti müsəlmanların üzərinə atılmasının yolverilməz olduğunu açıqlayıb.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Hindistandakı bəzi qrupların yeni növ koronavirusun (Kovid-19) yayılması məsələsində məsuliyyəti müsəlmanların üzərinə atılmasının yolverilməz olduğunu açıqlayıb.
Maide.Az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının verdiyi açıqlamada, Hindistandakı bəzi siyasi dairələrdə, media orqanlarında və sosial şəbəkə saytlarında "Kovid-19"un yayılmasında müsəlmanların məsuliyyət daşıdığı iddiaları və nifrətin getdikcə artırılması ilə müsəlmanların hədəf alınması və islamofobiya qavrayışının geniş yayıldığı vurğulanıb.
"Kovid-19"un müxtəlif xalqlara təsir etdiyini xatırladan açıqlamada, əməkdaşlıq mexanizmlərinin gücləndirilməli olduğu və bunun qarşı mübarizədə səy göstərilməli olduğu qeyd edilib.
Amerikanın "Əl-Hurra" televiziya kanalı "New York Times" qəzetinə istinadən bildirir ki, Hindistan Səhiyyə Nazirliyinin "Kovid-19"un yayılmasında müsəlmanları ittiham etməsi barədə açıqlaması müsəlmanlara qarşı hücum və zorakılığı artırıb.
Hindistan mediasının verdiyi açıqlamalarda, ölkədə 16,365 "Kovid-19" hadisəsinin olduğu və onlardan 521-nin öldüyü bildirilir.
1.5 milyard əhalisi olan Hindistanın 200 milyonu müsəlmandır.
Teqlər: ÜST ، koronavirus ، hindistan
captcha