IQNA

ÜST Ramazan bayramı barədə tövsiyələr verdi

15:48 - April 20, 2020
Xəbər sayı: 3487113
Tehran (IQNA) - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vurğulayıb: "Covid-19" (koronavirus) xəstəliyi ilə oruc tutmaq arasında heç bir bağlılıq tibbi baxımdan sübuta yetirilməyib.

ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) müsəlmanlara mübarək Ramazan ayında sağlamlıqlarını qorumaq üçün koronavirus pandemiyası ilə bağlı bəzi tövsiyələr verib.

"Misr əl-Yəvm" informasiya portalının verdiyi xəbərə görə, ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) müsəlmanlara mübarək Ramazan ayında sanitariya qaydalarına riayət etmələrini tövsiyə edərək vurğulayıb:

Hər bir halda fərdlər arasında bir metrlik fiziki fasiləyə riayət edilsin. Dini təbriklər söz və işarələr ilə (əli qəlbin üzərinə qoymaq və s...) deyilsin, əl görüşmək kimi fiziki təmaslardan çəkinilsin.

Mübarək Ramazan ayı ilə bağlı keçirilən kütləvi tədbirlər dayandırılsın, kütləvi ayinlər, camaat namazları, ziyarət və iftar süfrələri təşkil edilməsin. Zəruri fəaliyyətlər isə mümkün qədər havalanması yaxşı olan yerlərdə və ya üstü açıq məkanlarda Azərbaycan respublikası keçirilsin. Keçirilən tədbirlər zaman baxımından çox qısa olsun.

İnsanlar namazxana, dəstəmazxana, ayaqqabıların çıxarılması yerlərində və qapalı məknalara giriş zamanı fiziki fasiləni və sanitariya qaydalarını qorusunlar.

ÜST əlavə edib: "Covid-19" (koronavirus) xəstəliyi ilə oruc tutmaq arasında heç bir bağlılıq tibbi baxımdan sübuta yetirilməyib. Sağlam və fiziki gücü olan insanlar hər ildə olduğu kimi oruclarını tuta bilərlər.

Koronavirusa yoluxmuş xəstələr isə oruc tutmaq barədə mütləq öz həkimlərinin rəyin əsasən əməl etsinlər.       

3892551

captcha