IQNA

Cümə günü Ramazan ayının ilk günüdür

1:06 - April 23, 2020
Xəbər sayı: 3487125
Tehran (IQNA) -  Livanın Dini İşlər İdarəsinin "Darul-Fətava" fətva mərkəzi cari həftənin Cümə gününü mübarək Ramazan ayının ilk günü olduğunu elan edib.

Livanın Dini İşlər İdarəsinin "Darul-Fətava" fətva mərkəzinin rəisi və baş müftisi Şeyx Əbdüllətif Dəryan bəyanat yayaraq Şəban ayının son günün (30 Şəban) Aprel ayının 23-ə təsadüf etdiyini elan edib.

O deyib: Cari həftənin Cümə günü (24 Aprel 2020) 1441-ci hicri-qəməri tarixi ilə mübarək Ramazan ayının ilk günüdür.

Livanın Şiə Alimləri Ali İslam Məclisinin rəisi Şeyx Əbdüləmir Qəbəlan isə bu gün (23 Aprel 2020), qürub çağı mübarək Ramazan ayının izləniləcəyini elan edib.        

3893576

 

 

 

captcha