Tehran (IQNA) - Amerikanın Minnesota vilayətinin Minneapolis şəhərində mübarək Ramazan ayının başlanması münasibəti ilə ilk dəfə Azan verilib.

Amerikanın Minnesota vilayətinin Minneapolis şəhərinin İslami təşkilatları mübarək Ramazan ayı boyunca şəri vaxtlarda Azan səsini səsucaldıcılar ilə verə biləcəklər.
Azan səsi ilk dəfə cari həftənin Cüməaxşamı günü Darul-Hicrət məscidinə veriləcək və mübarək Ramazan ayı boyunca davam edəcək.
Şəhərin məsulu koronviruslu günlərdə karantində yaşayan müsəlmanların ruhiyyəsini gücləndirmək məqsədi ilə bu addımı atdığını deyib.