IQNA

Ayətullah Xamenei məhbusların azadlığa buraxılmasına yardım etdi

3:37 - April 30, 2020
Xəbər sayı: 3487159
Tehran (IQNA) -  İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei maddi təzminat səbibilə zindanda olan məhbusların azadlığa buraxılması üçün maddi yardım göstərib.

İran İslam Respublikasında ehtiyaclı məhbuslara maddi dəstək üçün təşkil edilən 33-cü "Qolrizan" xeyriyyəçilik festivalının keçirilməsi ərəfəsində dünya müsəlmanlarının mənəvi lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei cənabları borc, diyə (qan pulu) və mehriyyə (qadının kəbin haqqı) səbəbi ilə həbs edilmiş ehtiyaclı məhbusların azadlığa buraxılması üçün 450 milyon tümən vəsait ayırmışdır.

Qeyd edək ki, "Qolrizan" xeyriyyəçilik festivalı hər il mübarək Ramazan ayında İran İslam Respublikasında maddi təzminat səbibilə zindanda olan məhbusların azadlığa buraxılması üçün keçirilir. Bu festival çərçivəsində xeyriyyəçilər bəzi məhbusların vaxtından əvvəl azad olunması üçün onların vurduqları maddi ziyanı  şəriətin təyin etdiyi miqdarda (təzminat xarakterli)  xəsarət alana ödəyirlər. Bu il bu festival koronavirusa görə televiziyadan canlı yayımla və sosial şəbəkələr üzərindən onlayn keçiriləcək.

3895382

captcha