IQNA

12:57 - May 05, 2020
Xəbər sayı: 3487189
Tehran (IQNA) - Somalidə yeni tip koronavirusla (Kovid-19) mübarizə üçün tibbi yardım avadanlıqları daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

Somalidə yeni tip koronavirusla (Kovid-19) mübarizə üçün tibbi yardım avadanlıqları daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

Maide.Az xəbər verir ki, Somali Nəqliyyat naziri Mohammad Salad mətbuata verdiyi açıqlamada bildirib ki, təyyarə paytaxt Moqadişudan Bardale bölgəsinə gedirmiş.
O, axtarış xilas etmə işlərində 5 nəfərin cəsədini tapdıqlarını, birinin axtarışlareının isə davam etdiyini deyib.
Digər tərəfdən, mətbuatda yer alan xəbərlərdə bildirilir ki, təyyarə Əş-Şəbab terror təşkilatı tərəfindən vurulub.
Ölkənin cənubundakı çoxsaylı kənd və qəsəbəni işğal altında saxlayan Əş-Şəbab, tez-tez təhlükəsizlik əməkdaşları və mülki vətəndaşları hədəf alan hücumlar təşkil edir.
Teqlər: Somali ، terror ، tibbi yardım
Ad:
E-poçt:
* Comment:
* captcha: