Tehran (IQNA) - Terrorçu Səudiyyə koalisiyasının təyyarələri bu gün (6 May 2020) Yəmənin paytaxtı Səna şəhərini bombardman edib.

"əl-Museyra" informasiya portalının verdiyi xəbərə görə, işğalçı Səudiyyə kolasiyasının hərbi hava qüvvələri Yəmənin şimalında yerləşən Səna şəhərinin müxtəlif yerlərini bombalayıb.
Bu hücum zamanı Səna şəhərinin əl-Ərqub rayonu dörd dəfə hava hücumuna məruz qalıb.
Bundan əlavə təcavüzkar koalisiya təyyarələri Məraib vilayətinin Səravih şəhərini də bombalayıb.
Qeyd edək ki, terrorist və təcavüzkar koalisiya qüvvələri mübarək Ramazan ayında atəşkəşə imza atsalar da hücumlarını dayandırmayıblar.