IQNA

Səudiyyə koalisiyası Sənanı bombaladı

23:27 - May 06, 2020
Xəbər sayı: 3487196
Tehran (IQNA) -  Terrorçu Səudiyyə koalisiyasının təyyarələri bu gün (6 May 2020) Yəmənin paytaxtı Səna şəhərini bombardman edib.

"əl-Museyra" informasiya portalının verdiyi xəbərə görə, işğalçı Səudiyyə kolasiyasının hərbi hava qüvvələri Yəmənin şimalında yerləşən Səna şəhərinin müxtəlif yerlərini bombalayıb.

Bu hücum zamanı Səna şəhərinin əl-Ərqub rayonu dörd dəfə hava hücumuna məruz qalıb.

Bundan əlavə təcavüzkar koalisiya təyyarələri Məraib vilayətinin Səravih şəhərini də bombalayıb.

Qeyd edək ki, terrorist və təcavüzkar koalisiya qüvvələri mübarək Ramazan ayında atəşkəşə imza atsalar da hücumlarını dayandırmayıblar.  

3897077

Teqlər: yəmən ، səna ، Məarib
captcha