IQNA

13:02 - May 08, 2020
Xəbər sayı: 3487203
Tehran (IQNA) -  Koronavirusun yayılması səbəbi ilə bağlanmış məscidlər pandemiyanın azalmasından sonra tədirəcən öz fəaliyyətlərini bərpa etməyə başlayıb.

Cənubi Koreya dövləti də ötən gün (7 May 2020) koronavirusa görə bağlanmış dörd məscidin yenidən fəaliyyətinə icazə verib.

Bu barədə Cənubi Koreya Müsəlmanları Federasiyasının üzvü Rəman Li Cou Hua məlumat verib. O deyib: Hələ də virusun yayılacağı ehtimalı olduğu üçün nigaranıq. Buna görə də məscidlərin fəaliyyətində məhdudiyyətlər gələn on gür ərzində davam edəcək və müsəlmanların təkcə məscidlərin həyətindən ibadət üçün istifadə edə bilərlər.

Cənubi Koreya Müsəlmanları Federasiyası 52 milyonluq bir ölkədə yaşayan 150 min müsəlmanın sağlamlığını qorumaq üçün Cümə namazlarını tətil etmişdi.

Federasiya məscidlərin açılması barədə göstərişdən sonra isə koronavirusa qarşı tədbirlərə riayət etmək şərti ilə Cümə və təravih namazının qılınmasına icazə verib.

Cənubi Koreya Müsəlmanları Federasiyasının üzvü Rəman Li Cou Hua vurğulayıb: Əgər hər şey müsbətə doğru gedərsə, Fitr bayramını məscidlərdə qeyd edə bilərik.

Qeyd edək ki, Cənubi Koreya artıq ardıcıl olaraq üç gündür ölkədə kiminsə koronavirusa yoluxmadığını elan edir.

3897138

Ad:
E-poçt:
* Comment:
* captcha: