IQNA

Banqladeşin ən böyük məscidini tanıyaq - Foto

16:55 - May 08, 2020
Xəbər sayı: 3487205
Tehran (IQNA) - Banqladeşin paytaxtı Dəkkədəki Beyt Əl-Mükərrəm məscidi 1968-ci ildə İslam memarlığı üslubunda dizayn edilmiş və inşa olunmuşdur.
Banqladeşin paytaxtı Dəkkədəki Beyt Əl-Mükərrəm məscidi 1968-ci ildə İslam memarlığı üslubunda dizayn edilmiş və inşa olunmuşdur.
Sosial mediada yayımlanmış xəbərə görə, Beyt Əl-Mükərrəm məscidi Banqladeşdə ən böyük məsciddir. 30.000 nəfərlik tutumu olan bu məscid ibadət edənlərin sayına görə dünyada onuncu ən böyük məsciddir. Ancaq Ramazan ayında xüsusilə sıxlıq olur. Buna görə də Banqladeş hökuməti məscidin ərazisini 40.000 insanın ibadət edə bilməsi üçün genişləndirib.
Beyt Əl-Mükərrəm məscidi müasir memarlığın müxtəlif xüsusiyyətlərinə malik olsa da, Hindistan yarımadasında uzun müddət hakim memarlıq kimi istifadə olunan ənənəvi monqol memarlığının prinsiplərini də qoruyub saxlayır.
Beyt Əl-Mükərrəm məscidinin binası 8 platformadan ibarət 30 metr hündürlükdə tikilib. Memarlığın quruluşu və ətrafı məscidin həyətinə kifayət qədər işıq və havanın daxil olmasına imkan verir. Məscidin dizaynında həddindən artıq bəzəklərin istifadəsinin qarşısı alınıb, çünki minimalist oymadan istifadə müasir memarlıqda geniş istifadə olunan bir üsuldur.
نگاهی به بزرگترین مسجد بنگلادش + فیلم
 
نگاهی به بزرگترین مسجد بنگلادش + فیلم
 
نگاهی به بزرگترین مسجد بنگلادش + فیلم
 
نگاهی به بزرگترین مسجد بنگلادش + فیلم
 
نگاهی به بزرگترین مسجد بنگلادش + فیلم
 
نگاهی به بزرگترین مسجد بنگلادش + فیلم
 
نگاهی به بزرگترین مسجد بنگلادش + فیلم
captcha