IQNA

20:02 - May 12, 2020
Xəbər sayı: 3487227
Tehran (IQNA) -  Azərbaycan respublikasının paytaxtı Bakı şəhərində mübarək Ramazan ayının 15-də Həzrət İmam Həsənin Müctəbanın (ə) mövludu mərasimi keçirilib.

İmam Həsən Müctəbanın (ə) mövlud mərasimi İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə təşkil edilib.

Mərasim Azərbaycan respublikasında koronavirusa görə tətbiq edilmiş sosial məhdudiyyətlərə görə müxtəlif sosial şəbəkələrin vasitəsi ilə canlı yayımlanıb.

İran İslam Respublikası Mədəniyyət Əlaqələri Mərkəzi həzrət İmam Həsənin (ə) mövludu münasibəti ilə o həzrətin (ə) həyatı barədə videoklip də hazırlayaraq sosial şəbəkələrdə paylaşıb.

Mərasimdə Ali Məqamlı Rəhbərin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnəjad çıxış edib, şeir deyilib və məddahlar mədhiyyələrini ifa ediblər.  

3898003

Teqlər: İmam Həsən ، Bakı ، Ocaqnicat
Ad:
E-poçt:
* Comment:
* captcha: