əl-Xəlil şəhərinin Həzrət İbrahim peyğəmbər (s) hərəminin xeyriyyə mərkəzi rəisi Lui əl-Xətib bu barədə deyib: Bu mərkəz koronavirus pandemiyasının yaratdığı böhran dövründə tətil olmayıb və həmişə ehtiyaclılara yemək hazırlayıb.
O əlavə edib: Xeyriyyə mərkəzi tərəfindən mübarək Ramazan ayında indiyədək 22 min 200 yemək bütün sanitariya qaydalarına riayət edilərək ehtiyaclılara paylanılıb.
əl-Xətib təkcə mübarək Ramazan ayının ilk günündə 9 min ailəyə yemək çatdırıldığına işarə edərək deyib: Xeyriyyə mərkəzinin işçiləri hər gün səhər saat 99:00-da yeməyi payalamağa başlayırlar. Koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərə görə yeməklərin paylanılması üçün çox vaxt sərf edilir.
Qeyd edək ki, Fələstinin əl-Xəlil şəhərinin Həzrət İbrahim peyğəmbər (s) hərəminin xeyriyyə mərkəzi çox qədim bir təşkilatdır. Bu təşkilat Səlahuddin Əyyubi dövründə təsis edilmişdir. Təşkilat hazırda Fələstinli xeyriyyəçilərin maddi dəstəyi ilə idarə edilir.