IQNA

19:52 - May 20, 2020
Xəbər sayı: 3487264
Tehran (IQNA) -  Mübarək Ramazan ayının son gecələrində müqəddəs Kəbə evi və Məscidul-Həramda az sayda namazqılan sanitariya qaydalarına və fiziki fasiləyə riayət edərək ibadət edirlər.

Koronavirusa görə tətbiq edilən məhdudiyyətlər və xəstəliyin yayılması qorxusu Məkkəni zəvvarsız qoyub.

Hər il bu vaxtlar Kəbə evində müxtəlif ölkələrdən olan milyonluq bir cəmiyyət Ümrə ayini əməllərini yerinə yetirərdilər.

Bu il isə Məscidul-Həramda camaat və təravih namazlarında təkcə camaat imamları və məhdud sayda işçilər iştirak edirlər.

Keçən illərdə isə mübarək Ramazan ayını son on günü və gecəsi Ömreyi-Müfrədənin yerinə yetirildiyi ən pik günlər olardı. Müsəlmanlar Ramazan ayının 27-ci gecəsini namaz və ibadətlərini Məkkədə yerinə yetirərdilər. Məscidul-Hərama gedən bütün yollar cəmiyyətlə dolu olardı.

Qeyd edək ki, Səudiyyə dövləti Ərəbistanda fəaliyyət göstərən 100 min aktiv məscidi koronavirusa görə bağlayıb. Bu ölkədə indiyədək 60 min nəfər virusa yoluxub, onlardan 329 nəfəri ölüb və 32 min nəfəri sağalıb.  3900312

نماز شب قدر در حرم مکی+عکس

نماز شب قدر در حرم مکی+عکس

نماز شب قدر در حرم مکی+عکس

Teqlər: məkkə ، ramazan ، koronavirus
Ad:
E-poçt:
* Comment:
* captcha: